Elnarədən həmkarlarına sərt sözlər: "Bir vedrə zibil..."

Elnarədən həmkarlarına sərt sözlər: "Bir vedrə zibil..."

"Musiqini biznesə çevirənlər var. Konkret pul qoyub, pul qazanırlar.  Yəni bildiyimiz alverdir".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova MTV-ya açıqlamasında deyib.

Sənətçi televiziyalardan da gileylənib:

"15-20 il əvvəl sosial şəbəkə platformaları yox idi. Həmin zamanlarda tamaşaçının zövqünü televiziya formalaşdırırdı. Bu gün də elə olmalıdır. Zövqü televiziya formalaşdırmalıdır. Hər trend olan televiziyaya daşınmamalıdır".

İfaçı televiziyaları musiqiçiləri senzuradan keçirməyə səsləyib:

"Televiziyalarda bədii şura olmalıdır, senzura olmalıdır. Musiqidən başı çıxan insanlar əyləşməlidilər. Onlar pulla bir milyon baxış yığan mahnıları, müğənniləri efirə buraxmamalıdılar. Onalr da gəlib sinələrinə döyürlər. Mahnıya qulaq asırsan, baxırsan ki, bir vedrə zibil".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun