"Düşünürdüm ki, bu üzlə çölə çıxa biləcəyəm?"

"Düşünürdüm ki, bu üzlə çölə çıxa biləcəyəm?"

Əməkdar artist Mətanət İsgəndərli 45 kiloqram çəki atmasından danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Rəngarəng səhər" proqramında arıqladıqdan sonra üz görünüşünü bəyənmədiyini deyib. O bildirib ki, yenidən bıçaq altına yatacaq:

"Arıqlayanda düşünürdüm ki, bu üzlə çölə çıxa biləcəyəm? Amma dedim ki, sonra plastik əməliyyat etdirəcəyəm. Yaxın aylarda mütləq şəkildə əməliyyat olunacağam. Üzgərmə əməliyyatı etdirmək istəyirəm. Düşünürdüm ki, Ramazanda bunu etdirim. Kök olanda üz şişir, arıqlayandan sonra isə üzdəki dəri başlayır sallanmağa. Bu, təbii bir haldır. Amma mən heç bir əməliyyat keçirtməmişəm. Buna rəğmən üzümdə müəyyən problemlərin olduğunu bilirəm. Sağ olsun vizajistim, mənə elə bir makiyaj edir ki, problem aradan qalxır. Təkcə üzümdə yox, eyni zamanda bədənşəkilləndirmə də etdirəcəyəm. Qərar vermişəm ki, Məhərrəmlik ayında üzgərmə etdirim. Sonra isə bədənimdə". 

Qeyd edək ki, M.İsgəndərli mədəkiçiltmə etdirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun