Lalə Məmmədova efirdə kövrəldi

Lalə Məmmədova efirdə kövrəldi

Əməkdar artist Lalə Məmmədova efirdə kövrəlib.

OLAY yazır ki, “Qonaqcanlı” verilişində mərhum atasının görüntüləri ekrana verilib. Bu zaman Məmmədova göz yaşlarını saxlaya bilməyib: 

“Atam ömrünün son 3 ilində danışa bilmirdi. Onun demək istədiklərini bu sujetdə dilə gətirdiniz.Yaxşı atanın qızı olmaq da bir şans imiş. O daha çox yazı otağınd aolurdu. Bizim tərbiyəmizlə anamız məşğul olurdu. Amma atamızın bir baxışı bizə bəs idi. Atam həyatda olanda onun bizi tərk edəcəyi hisslə barışmışdım. Çalışırdım onun son günlərinə qədər deyə bilmədiyi, hər şeyi gözündən anlayıb həyata keçirim. Ailəmizdə məni ən çox anlayan yanımd aolan atam idi.  Öyrəşmişdim bütün konsertlərimdə anamla atamı  birgə görüm. Gəncə konsertində onu da xatırladım. Ona çox minnətdaram. Mənim ilk müəllimim atam olub. Gözümü açılb evimizdə bəsit, yad müsiqilər də eşidə bilərdim. Amma son saatlarına qədər Sara Qədimovaya qulaq asdırırdım”.