Öncə adı, sonra yayım tarixi dəyişdirildi

Öncə adı, sonra yayım tarixi dəyişdirildi

Türkiyənin “Star” kanalında yayımlanan “Yan Oda” serialının başlayacağı tarix dəyişdirilib.

OLAY yazır ki, ekran işinin 6 martda başlayacağı açıqlansa da, qərarda dəyişiklik edilib. Sözügedən serial 9 martda izləyici qarşısına çıxacaq.

Bu, layihə üçün edilən ilk dəyişiklik deyil. Serialın ilk fraqmentləri “Yandaki Oda” adı ilə təqdim olunub. Daha sonra ekran işinin afişası “Yan Oda” adı ilə paylaşılıb.

Qeyd edək ki, serialda Şevval Sam, Caner Cindoruk, Derya Pınar Ak və Onur Seyit Yaran baş rolları canlandırır.