23 yaşlı yutuber saxlanıldı - SƏBƏB

23 yaşlı yutuber saxlanıldı - SƏBƏB

Yutuber Yevgeni Eqorov Rusiyanın Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinanın şikayətindən sonra saxlanılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, 23 yaşlı yutuberə qarşı nalayiq ifadələr işlətmə maddəsi ilə cinayət işi açılıb. Müstəntiqlərin fikrincə, bloger yutub və teleqramda zorakılıq və qeyri-ənənəvi cinsi əlaqə səhnələri olan videolar yerləşdirib.

Həmçinin müəyyən edilib ki, Eqorov azyaşlılarla da yazışıb. Onlardan birinin 10 yaşı var. Yutuber uşaqlardan onun üçün seksual xarakterli videolar çəkmələrini istəyib.

Eqorovu 5 ildən 12 ilə qədər həbs gözləyir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun