İnfluenser Aynişan Quliyeva növbəti paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, bloger sosial media hesabında ona yazılan “Həyatınızda hansı xarakterə sahib bir həyat yoldaşı arzu edərdiniz” sualına cavab verib.
“Məndən daha güclü xarakterə sahib olan biri olmalıdır. Buna tam əminəm. Çünki mən dominant insanam. Gərək yaxşı mənada çəkinim ondan. Yoxsa gözümdə bir yerdə olmayacaq”, - deyə, o, bildirib.
Qeyd edək ki, Aynişan daha öncə idmançı Kənan Alıyevlə ailəli olub. Onlar 10 ay evli qalıblar.