"Kızılcık Şerbeti" serialında Görkem obrazını canlandıran aktrisa Özge Özacar "Fənərbaxça"nın prezidenti Ali Koçla birgə əylənərkən görüntülənib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Özge Özacar Almaniyada "Fənərbaxça" Tərəfdarlar Dərnəyinin açılış mərasiminə qatılıb. Mərasimdən sonra axşam qala gecəsi keçirilib. Gecədə aktrisa "Fənərbağça"nın prezidenti Ali Koçla eyni masada əyləşib.
Müğənni Derya Uluğun səhnəyə çıxdığı gecədə Özacar və Koçun eyni masada əyləndikləri anları əks etdirən görüntülər sosial mediada müzakirələrə səbəb olub.
Fanatik "Fənərbaxça" azarkeşi olduğu bilinən aktrisanın şəkillərinə yüzlərlə şərh yazılıb. Bəzi izləyiciləri zarafatla onun "Ali Koçu prezidentliyə davam etməsi üçün razı salmağa getdi"yini yazıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun