Müğənni Nüşabə Musayeva qatıldığı proqramlardan birində keçmişi barədə acı xatirələrini paylaşıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, o yaşadığı ailə faciəsindən sonra çox dəyişdiyini deyib:
"Gədəbəydən toydan gəlirdik. Avtomobili atam idarə edirdi. Nəvahidə qəza elədik. Mən kiçik qardaşımla qabaqda oturmuşdum. Qabaqdan gələn yük maşını ilə toqquşduq. Məni avtomobilin ön şüşəsindən dartıb çıxarıblar. Kiçik qardaşım və atam günlərlə komada qaldılar. O hadisəni məndən başqa heç kim xatırlaya bilmir. Gözümü açanda eşitdim deyirlər ki, biri sağdır. O qəzada anam, bacım, qardaşım öldü. Mən 15 yaşım olanda öyrəndim ki, ata bildiyim Sabir müəllim doğma atam deyilmiş. Bunu mənə atam ikinci dəfə evlənəndə dedilər. Evlənməyinə narazı idim deyə dedilər az hay-küy sal, o sənin doğma atan deyil. Atamdan küsüb nənəmgilə getdim. Düz 5 il tək yaşadım. 16 yaşımda nənəm məni ərə verdi, 2 ildən sonra ərim içki düşkünü olduğuna görə ayrıldıq. Çox sonralar əsl atamı tapdım. Lerikdəndir. Amma özümə doğma ata onu yox, məni böyüdən kişini, Sabir Musayevi hesab edirəm".
Müğənni daha itirmək qorxusu olmadığını da dilə gətirib.
"Öz əlimlə 5 əzizimin meyitini yumuşam. Bu qədər ölüm görmüşəm, ölümdən daha qorxmuram, itirəcəyim heç nə yoxdur, ona görə məni heç kim, heç nə ilə qorxuda bilməz",- o bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun