Xəbər verdiyimiz kimi, müğənni Sevda Əliqızının sinəsində süd vəzinin onkoloji xəstəliyi aşkarlanıb.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bir neçə dəqiqə əvvəl sənətçi əməliyyatxanaya daxil olub.
Bu haqda "Elgizlə izlə" ictimais-sosial verilişinin efirində məlumat verilib. Əməliyyatxanadan canlı efirə birbaşa bağlantı zamanı Sevda səhhəti ilə bağlı bunları söyləyib:
"Birazdan əməliyyatımız başlayacaq. Çalışıram, həyəcandan uzaq olum. Özümü toplamışam. Həkimlər və tibb işçiləri sağ olsunlar, mənə qayğı göstərirlər. Buna görə isə onlara təşəkkürümü bildirirəm. Onlar mənə burada ruh verirlər. Sağ olsunlar!".
Verilişin müxbiri bildirib ki, Sevda xanımı əməliyyatxanaya onun oğlu, gəlini və nəvəsi yola salıb. Ailəsi onun üçün həyəcan keçirdiyini və ağladığını söyləyib. Bunu eşidən müğənni isə cərrah masasında kövrələrək ağlayıb.
Efirdə yayımlanan həmin görüntüləri sizə təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun