"15 yaşıma kimi mənə yupka geyindirə bilməyiblər. Mən oğlan kimi böyümüşəm. Şalvar, köynək, kepka... Çox oğlan kimi böyümüşəm. Heç kəs deməzdi ki, "bu qızdır".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Həmin Zaur" verilişində deyib.
İfaçı atasının yanlış anlaşılan açıqlamasından da danışıb:
"Bir dəfə verilişlərin birində yupka geyinmişdim. Efirdən sonra atam zəng etdi ki, "qızım, o donu heç vaxt atma, sənə çox gözəl yaraşır". Mən anladım ki, o nə demək istəyir. Dedim ki, "papa, üzürlü say". Bəlkə də düzgün oturmamışdım. Ondan sonra mənə dedi ki, "bir də onu sənin əynində görsəm, bu qapı sənin üzünə açılmayacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun