"Uşaq doğmaq yerinə səyahət edərəm"

"Uşaq doğmaq yerinə səyahət edərəm"

Türkiyəli aktrisa Gülçin Santırcıoğlu son açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa ana olmaq istəmədiyini deyib:

"Uşağa ehtiyac duymadıq, duymuruq, duymayacağıq da. Bu həyata uşaq gətirilməz. Uşaq dünyaya gətirmək yerinə o pulla səyahət edərəm. Yəni, sevgili olaraq qalmaq istəyirəm, adımın yanına "ana" sözünün əlavə edilməsini istəmirəm. 

Olana da halal olsun, gülə-gülə böyütsün. Lakin uşaq dünyaya gətirmək istəməyən qadınların üzərində basqı var. Heç kişilərdən "peşiman olarsan?" deyə soruşmurlar. Amma qadınlardan soruşurlar. Zaman yalnız qadınlar üçün gedirmiş kimi edilməsi məni çox əsəbiləşdirir".

Qeyd edək ki, Gülçin hazırda "Yalı çapkını" serialında "İfakat" obrazını canlandırır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun