“Yalı çapkını” serialının İfakatı Gülçin Santırcıoğlu növbəti açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, aktrisa ana olmaq istəmədiyini dilə gətirib. O, bu haqda “İşin Aslı” proqramında danışıb.
“Uşağa heç ehtiyac duymadıq, duymuruq, duymayacağıq. Buna eqoistlik deyən var, amma o pulla gəzməyi üstün tuturam. Statuslarıma “ana”nın da əlavə olunmağını istəmirəm”, - deyə, o, bildirib.
Qeyd edək ki, sənətçi 10 ildən çoxdur mühəndis İbrahim Utku Başyazıcı ilə evlidir.