Məşhurların arxiv görüntüləri “Estetik etdirməmişəm” iddialarını yalanladı - FOTOlar

Məşhurların arxiv görüntüləri “Estetik etdirməmişəm” iddialarını yalanladı - FOTOlar

İllər əvvəl aktrisalıq fəaliyyətinə başlayan Hande Erçelle Sıla Türkoğlu bu müddət ərzində simalarında əsaslı dəyişiklik ediblər.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, hər iki məşhur müəyyən estetik prosedurlar və əməliyyatlar etdirsələr də, bunu heç vaxt etiraf etmirlər.

Son olaraq sosial media platfonlarında arxiv və indiki fotoları müqayisəli olaraq paylaşılan aktrisaların illər ərzində neçə dəyişildiyini aydın görmək mümkün olub.

Sıla Türkoğlu açıqlamalarından birində simasına heç bir estetik prosedur etdirmədiyini, sadəcə kiçik toxunuşlarla kifayətləndiyini bildirib.

Hande Erçel isə bu mövzu barədə sual verdikdə jurnalistlərə daim əsəbiləşir ona karyerası ilə bağlı sualla ünvanlanmasını istəyib. Aktrisa nə qədər inkar etsə də onun yeni görünüşünə plastik əməliyyatlar sayəsində nail olduğu bildirilir.

Handenin bugünə qədər dodaq, yanaq, göz və çənə dolğusu etdirdiyi məlum olub. Erçel müəyyən plastik əməliyyatla yanağındakı yağları da aldırıb. Əməliyyatdan sonra onun siması uzunsov formaya düşüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun