Məşhur aktyor Mert Yazıcıoğlu yeni mükafat layiq görülüb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, o "İlin fərq yaradan aktyoru" mükafatı ilə təltif edilib. Mert bu ada qalmaqallı "Kızıl Goncalar" serialındakı obrazına görə layiq görülüb.
Ekran işində aktyor "Fanilər" adlı dini təriqətin rəhbərinin nəvəsi Cüneyt obrazındadır. Cüneyt uşaqlıqda yaşadığı travmalar səbəbi ilə hazırda həyatında baş verən yeniliklərə adaptasiya ola bilmir.
Bu səbəbdən də o psixoloq Leventin (Özcan Deniz) seanslarına qatılır.
""Məlumat üçün bildirək ki, 31 yaşlı Mert Yazıcıoğlu bu günə qədər "Kayıp Şehir", "Umuda Kelepçe Vurulmaz", "Karagül", "Mehmed Bir Cihan Fatihi", "Bir Litre Gözyaşı", "İyi Oyun" kimi bir çox ekran işlərində də rol alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun