Məşhur müğənninin arvadı çimərlik geyimində

Məşhur müğənninin arvadı çimərlik geyimində

Model və iş adamı Heyli Biber okean kənarında istirahət edərkən çimərlik geyimində fotosunu yayımlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, şəkilləri instaqramda paylaşıb.

O, qırmızı çimərlik geyimi, həsir papaq və qırmızı gün eynəyi ilə kamera qarşısına keçib. O, həmçinin heç bir makiyaj və ya saç düzümü etdirməyib.

Sosial şəbəkə istifadəçiləri "Sən nə gözəlsən", "Ən cazibədar model", "Ən yaxşı", "Gözəl fiqur", "Əla görünürsən" yazıb.

2018-ci ilin sentyabrında Castin Biber model Heyli Bolduinlə evlənib. O, toydan sonra ərinin soyadını götürüb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun