Tanınmış qiraətçi Xəzər Süleymanlının növbəti konserti baş tutub.
OLAY yazır ki, o, Heydər Əliyev sarayında baş tutan tədbirdə ifasında sevilən şeirləri səsləndirib.
Gecədə müğənnilər Zabitə Əliyeva, Vüsal Hacıyev, Cavidan Fatihi və Çinarə Məlikzadə də çıxış edib.
Bundan başqa fəxri qonaq qismində Xalq şairi Ramiz Rövşən və yazıçı İlqar Fəhmi yer alıb.
Gecə boyu tədbirdə ifaları Avanqard Musiqi Orkestrı müşayiət edib, dirijor isə Ellada Məmmədova olub.
Tədbirin quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu, ssenari müəllifi isə Pərviz Seyidlidir.