Rəqqasə Rəna Ağamuradova (Renka) örnək addım atıb.
OLAY yazır ki, Renka xərçəngdən əziyyət çəkən bri xanıma parik bağışlayıb. Bununla bağlı o, instaqramda video paylaşıb və bunları yazıb:
“Mənim evimin adamıdı və biz bu xəbəri biləndə çox pis olduq. Çalışıram, Ayselə göstərməyim, bacardığımız qədər dəstək olmağa çalışırıq. Özümə bu pariki almışdım. Heç istəməzdim belə şeyə qismət olsun. Amma səni sevindirə bildim deyə çox sevindim”.