Aparıcı Xoşqədəm Hidayətqızı verilişinə yardım üçün gələn qadına əsəbiləşib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yaşlı qadın "Səni axtarıram" proqramına gələrək nəvəsinin gəlini və ailəsi tərəfindən işgəncəyə məruz qaldığını deyib. Aparıcı efirə çıxmaq istəməyən qadına əsəbiləşib:
"Uşağı o vəziyyətdə qoya bilmərəm. Sizi qorxudan kimdir. Sənin nəvən o şəkildə incidilir. Gəl, sənə yardım edək. Uşağa elə işgəncə verəni ifşa edək. Mən o videoları görüb səhərə qədər yata bilməmişəm. Uşağa edilən bu dəhşəti... O, anadırsa əgər, onun əlindən uşaq alınmalıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun