Aparıcı Afaq Gəncəli uzun fasilədən sonra efirə qayıdır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, o, "Şourum" maqazin verilişinin çəkilişlərinə başlayıb. Bunun üçün Afaq falçı obrazını canlandırıb.
Onun çəkiliş zamanı lentə alınan fotoları sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, "Şourum" 2 ilə yaxındır yayımlanmır. Afaq "Xəzər TV"də səhər verilişinə aparıcılıq edirdi. O, ötən ilin martında səhhətində yaranan problemə görə efirdən uzaqlaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun