Xalq artisti Aygün Kazımovanın məclislərdən birinə qatılarkən geyimi ilə diqqət çəkib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, qara uzun libas geyinən Pop kraliça başına eyni rəngdə tac taxıb. Kazımovanın həmin görüntüləri sosial şəbəkədə yayılıb və maraq doğurub.
Ölkənin əsas ulduzu eyni zamanda bədən quruluşu ilə də diqqət çəkib. A.Kazımovanın yenidən çəki itirdiyi nəzərdən qaçmayıb.
İzləyicilər müğənninin ünvanına "Nə yeyib, nə içir, kökəlmir", "Ölkənin bir nömrəli ulduzu, ona hər şey yaraşır", "Qapalı da geyinsə, açıq da geyinsə, yaraşır" kimi şərhlər yazıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun