​"Nikosayağı"nın məhkəmədə son çıxışı - YENİLƏNİB - VİDEO - FOTO

​"Nikosayağı"nın məhkəmədə son çıxışı - YENİLƏNİB - VİDEO - FOTO

"Nikosayağı"nın məhkəmədə son çıxışını edib: "Allah mənim cəzamı verib..."

Milli.Az report-a istinadən həmin videonu təqdim edirik:

--------

09:42

"Nikosayağı" kimi tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə araşdırması başa çatır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayərlər Məhkəməsində keçirilən bugünkü iclasda əvvəlcə müttəhim Şakirlinin vəkilləri müdafiə çıxışı edəcək.

Prosessual qaydaya görə daha sonra müttəhim son söz deməli və hökm elan edilməlidir.
 
Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma,eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun