Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO

Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO

"Bəyin oğurlanması" filminin Gülbadamı, aktrisa Naibə Əlibəyova dünyasını dəyişib.

Bu haqda Moderator.az-a aktrisanın yaxınları məlumat verib. Bildirilib ki, o səhər saatlarında Yasamal qəbiristanlığında dəfn olunub.

Aktrisa bir müddət əvvəl saytımıza xəstəliyi haqda danışaraq bunları bildirmişdi:
 
"Bilirsiz ki, başımda şiş var idi, sinir damarlarıma toxunub, onları əzmişdi. Ümumiyyətlə danışığım tam itmişdi, səsim tutulmuşdu, danışa bilmirdim, əsəbləşirdim, hirslənirdim, əməliyyatdan sonra danışığım  yavaş-yavaş bərpa olundu. Bir də görürsən ki, bülbül kimi, problemsiz danışıram, amma bir də görürsən ki, tutur məndə, ona görə də çəkinirəm çəkilişlərə getməyə. Bədən cəhətdən sağlamlığım yerindədir" deyə aktrisa bildirib.
 
Qeyd edək ki, "Bəyin oğurlanması" filmində Arif Quliyev Miriş, aktrisa Naibə Əlibəyova isə Gülbadam obrazında çəkilib. Hər iki sənətkarın iştirak etdiyi məşhur "salam-sağol" səhnəsini yəqin ki, hamı xatırlayır.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun