"Biz dalaşanda elə bilirəm ki, 41-45-in müharibəsi oldu, bitdi".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Məmmədli (Nəfəs) "Rəngarəng səhər" verilişində deyib.
O, sevgilisindən gördüyü diqqət və qayğıdan söz salıb:
"Onun nəvazişi, onun qayğısı, diqqəti... Mən diqqəti çox sevirəm. Diqqət varsa, hörmət var, hörmət varsa, sevgi var, sevgi varsa, uzunömürlü həyat var. O, bir az uzaqlarda olur, işi ilə bağlı. O, mənim üçün, mən də onun üçün dəyərli olaq, bəsdir. Mən bundan sonra həyatımda başqa kişi fikirləşmirəm".
Qeyd edək ki, Nəfəs bundan öncə bir dəfə evli olub, iki uşağı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun