“Bunu gizli etsinlər, yoxsa toydan qazana bilməyəcəklər”

“Bunu gizli etsinlər, yoxsa toydan qazana bilməyəcəklər”

Sənətçi verilişdə bacara biləcəyi başqa peşədən danışıb: 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Bir işim ola bilər ki, mollalıq edə bilərəm. Belə bir şey ola bilər. Restoran olarsa, yemək bişirmək mənim üçün çox maraqlıdır. Amma bişirməyi yadırğamışam. Çünki özüm yeməyi sevirəm. Heç vaxt da arıq olmamışam. İndi də arıqlayanda deyirəm ki, görəsən nə xəstəliyim var? Arıq olmağı da sevmirəm. Əsas odur ki, sağlam olasan".
 
Xatun müğənnilərin başqa bizneslə məşğul olmasının onların işinə də təsir etdiyini bildirib:
 
"Restoranım yoxdur, o vaxt rəhmətlik qardaşım Balaşın adı ilə bağlı salon açmışdım. İnanın ki, çox çətindir. Məkanı icarəyə götürəndə çətin olur. Çünki qazanc stabil olmur. Kirayənin pulunu bəzən cibindən verməli olursan, heç xeyir də qalmır. Müğənnilərdən kimin restoranı var ki? Cəhd edənlər olub, amma uğursuz nəticələnib. Bizdə belə bir şey var, restoran işinə girişəndə, səni artıq məclislərə dəvət etmirlər. Hətta mən aparıcılıqla məşğul olanda məni toya bu işlə məğul olmağa çağırırdılar. Düşünürəm ki, müğənnilərin belə işi varsa, bunu gizlicə etsinlər, yoxsa toydan pul qazana bilməyəcəklər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun