84 yaşlı Al Paçinonun sevgilisi ilk dəfə oğlu Romanı göstərib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, uşağın şəkilləri "Vogue" jurnalının ərəb nəşri üçün çəkilib. 30 yaşlı Nur Alfallah bununla bağlı müsahibəsində övladının ona Tanrının hədiyyəsi olduğunu bildirib.
Qeyd edək ki, prodüserlik edən Nur, demək olar ki, uşağı tək böyüdür.
Al Paçino oğlu dünyaya gəlsə də, Nurla evlənmək istəməyib, hətta birgə yaşayışa da razı olmayıb. Nur Hollivud ulduzunun evindən bir qədər aralıda yerləşən villada yaşayır.
Cütlük 2019-cu ildə tanış olub, ancaq pandemiya zamanı bir araya gəliblər.
"Al qonşu küçədə yaşayırdı və biz hər gün birlikdə şahmat oynamağa, filmlərə baxmağa başladıq. Bu, Al Paçino ilə kino məktəbi kimi idi", - deyə gənc ana etiraf edib.
Onun sözlərinə görə, hamiləliyi hər ikisi üçün sürpriz olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun