Azərbaycanın Əməkdar artisti Vasif Məhərrəmli efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses ilə bağlı maraqlı etiraf edib.
Onun sözlərinə görə, ifaçı Tatlıseslə bir neçə dəfə eyni məclislərdə iştirak edib və hətta səhnəni bölüşüb:
"İbrahim Tatlıseslə duet oxumuşam. 2-3 dəfə eyni toya dəvət almışıq, onunla səhnəni bölüşmüşük. Birgə duetimiz də olub".
Əməkdar artist bildirib ki, buna baxmayaraq, belə bir sənətçi ilə duet təklifi etmək heç vaxt ağlına gəlməyib:
"Onunla duet oxumaq təklifi etmək heç ağlıma gəlməyib".
Qeyd edək ki, bu açıqlama sosial şəbəkələrdə də maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Musa
Milli.Az

















