"Gəlinim işə gedəndə oğlum uşaqlara oğlum BAXIR"

"Gəlinim işə gedəndə oğlum uşaqlara oğlum BAXIR"

Əməkdar artist Aşıq Zülfiyyə oğlu Babəklə birlikdə televiziya verilişlərindən birinə qonaq olub.

Milli.Az xəbər verir ki, veriliş zamanı xanım sənətçi ailə həyatı ilə bağlı maraqlı açıqlamalar verib. O, bildirib ki, gəlini müəllimədir və hər gün səhər tezdən işə gedir. Bu səbəbdən uşaqlara baxmaq məsuliyyəti əsasən oğlu Babəkin üzərinə düşür.

Aşıq Zülfiyyə qeyd edib ki, Babək övladlarına heç bir baxıcı köməyi olmadan özü qulluq edir. Oğlu da səsləndirilən fikirləri təsdiqləyib.

Sözügedən açıqlamalar sosial şəbəkələrdə müzakirələrə səbəb olub və izləyicilər arasında müxtəlif rəylər yaradıb.

Musa
Milli.Az