Mina nişanını qaytarıb? - VİDEO

Mina nişanını qaytarıb? - VİDEO

"Boşanandan sonra nişanlanmışdım. Amma nişanı qaytardım". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Mina Hüseyn qonaq olduğu "İncə səhər" verilişində deyib. 

Sənətçi bildirib ki, nişanı qaytarmasının səbəbi nişanlandığı şəxsin keçmiş həyat yoldaşı ilə eyni xasiyyətdə olması və ona eyni qadağalar qoyması olub: 

"Nişanı qaytarmağımın səbəbi həmin şəxsin mənim xasiyyətimə uyğun olmaması idi. İkinci dəfə uğursuz ailə həyatını təkrarlamamaq üçün nişanı qaytardım. Çünki nişanlandığım şəxs mənə qadağalar, evə bağlamalar və sairə hərəkətlər edirdi. Enerji olaraq bu cür insanlar gəlib məni tapır. Ona görə nişanı qaytardım. Nişanlandığım şəxs keçmiş həyat yoldaşım xasiyyətdə idi. İnsan bir dəfə boşana bilər. Amma ikinci dəfə eyni hadisələrə görə boşanırsa, bu, artıq problemdir. Ona görə risk etmədim". 

Qeyd edək ki, M.Hüseyn S.Həsənovla ötən ilin mart ayında gizli şəkildə ailə qurub. Daha sonra sənətçi ərindən ayrıldığını və boşandığını açıqlamışdı.

Onun sözlərinə görə, buna səbəb həyat yoldaşının onu aldadaraq özünü varlı şəxs kimi təqdim etməsi, eyni zamanda ona qoyduğu qadağalar olub. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun