Azərbaycanın Əməkdar artisti Vasif Məhərrəmli efirdə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçi geyim zövqü ilə bağlı maraqlı açıqlamalar verib. O bildirib ki, bir insanın üzərində üçdən artıq rəngin olması düzgün hesab edilmir və bu, zövqsüzlük göstəricisi kimi qiymətləndirilə bilər:
"Bir insanın əynində üçdən çox rəng varsa, bu problemdir və anormallıqdır. Bu, zövqsüzlükdən xəbər verir. Rəngli paltarlar dəbə düşüb, müxtəlif rənglərdən istifadə edirlər. Bunu insanların öz zövqünə buraxıram. Ola bilər ki, brendlər belə geyimlər təqdim etsin. Amma düşünürəm ki, insanın üzərində ağ köynəyi çıxmaq şərtilə üç rəngdən artıq olmamalıdır. Bu, mənim fikrim deyil, bunu anlayanlar da deyir".
Sənətçinin bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun fikirləri ilə razılaşsa da, digərləri geyim zövqünün fərdi məsələ olduğunu vurğulayaraq bu yanaşmanı tənqid ediblər.
Milli.Az
















