Müğənni və bloqer kimi tanınan Aysun İsmayılova bu dəfə şəxsi qarderobunu izləyiciləri ilə bölüşüb.
Milli.Az xəbər verir ki, sənətçi nümayiş etdirdiyi geyim kolleksiyası və müxtəlif aksessuarları ilə diqqət mərkəzinə düşüb. Onun zövqlü və rəngarəng seçimləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Paylaşılan görüntülərdə Aysunun geniş qarderobu, fərqli üslubda geyimləri və aksesuar bolluğu izləyicilərin diqqətini çəkib.
Qeyd edək ki, Aysun İsmayılova geyimlərini ehtiyacı olanlara hədiyyə etməsini bildirib. Onun bu addımı izləyicilər tərəfindən müsbət qarşılanır.
Musa
Milli.Az
















