"Anam incidi ki, yoldaşının niyə elə şəkli var?" - DJ Tural Səmanın qalmaqallı şəklindən danışdı

"Anam incidi ki, yoldaşının niyə elə şəkli var?" - DJ Tural Səmanın qalmaqallı şəklindən danışdı

Baku TV-də yayımlanan "Qapqara" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki buraxılışının qonağı radio aparıcısı, avtobloger DJ Tural (Yusifov) olub.
 
O, həyat yoldaşı Səma Abiyevanın çimərlik geyimindəki fotoları ilə bağlı fikirlərə münasibət bildirib:
 
"Səmanın verdiyi bütün qərarların arxasındayam. Şəkli də mən çəkmişəm. Nə çəkdiyimi bilirdim. Çimərlik paltarını da mən seçmişəm, rəngini də özüm bəyənmişəm. Əgər kimisə nəsə narahat edirsə, problem özündədir".
 
DJ Tural anasının bu məsələyə reaksiyasından da danışıb:
 
"Anam məndən incimişdi. Soruşdum ki, sənə kimsə bir şey deyib? Söylədi ki, yox. Dedim ki, əgər kimsə nəsə deyirsə, gedib öz həyatına baxsın".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun