Müğənni Nura Suri Özbəkistanın məşhur müğənnisi Mavluda Asalxojayevanın repertuarına müraciət edib.
OLAY yazır ki, o, sənətçinin “Ko'rgim kelar” mahnısını həm özbək, həm də Azərbaycan dilində səsləndirib. “Sevirəm” adlı ifanın sözlərini Murad Zeynal ərsəyə gətirib.
Suri ifası üçün kamera qarşısına da keçib. Fərqli görüntüdə olan Nuranın tərzini Jabir Əliyev ərsəyə gətirib. Videonu isə “Amaze Studio” çəkib.