Anar “Azparking”dən yenə şikayətçidir

Anar “Azparking”dən yenə şikayətçidir

Stilist Anar Ağakişiyev sosial media hesabında “Azparking”dən narazılığını bildirən paylaşımlar edib.

OLAY yazır ki, stilist bir neçə dəqiqə gecikdiyinə görə cərimələnməsindən şikayətlənib.

“Sizin kimi vicdansız bir qurum görmədim mən. Hər gün gəlim parkinq ödənişimi edirəm. Düşünməyin ki, ödənişimi etmirəm. Bu gün də digər günlər kimi gəlib ödənişimi etdim. 3 saat tamam olduqdan sonra heç üzərindən 2 dəqiqə keçməmiş cərimə yazırsınız. Mənim əlimdə iş olduğu üçün, sizdən fərqli olaraq mənə havadan pul gəlmir. Mən əllərimlə iş görürəm ki, pul qazanım. 2 dəqiqə fərqlə cərimə yazırsınız. Sizin kimilərə görə adam bu ölkədə yaşamaq istəmir. Bu ölkədən qaçmaq səbəbim siz olacaqsınız. Getsəm, getsəm məhz elə sizə görə gedəcəm. O da yaxındadır”, - deyə, o, bildirib. 

Xatırladaq ki, Anar Ağakişiyev daha öncə xarici vətəndaş olduğu üçün iş yerinin yanında maşın saxlamağa ödəniş etdiyini bildirmişdi. Onun sözügedən problemi bu ilin yanvar ayında həll olunub.