Boşandığı həyat yoldaşını təbrik etdi

Boşandığı həyat yoldaşını təbrik etdi

 Rejissor Səidə Haqverdiyeva keçmiş həyat yoldaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi onun fotosunu sosial media hesabında izləyicilərlə bölüşərək Əhmədzadəyə ad günü münasibətilə təbrik ünvanlayıb:

“Ad günün mübarək, əzizim! Mərd, dürüst və ədalətli olmaq heç də asan deyil. Belə qalmaq, heç nəyə baxmayaraq öz yolunla addımlamaq bəzən baha başa gəlir. Ucuz insanlar ucuz xarakterə malikdir. Amma atan Rüfət Əhmədzadəyə, baban Zülfüqar Əhmədzadəyə baxanda başa düşürəm ki, sən istəsən belə başqa cür ola bilməzsən. Sən mənim ustadımsan! Həm sənətdə, həm də həyatda müəllimimsən. Nə yaxşı ki, mən sənin kimi bir şəxsiyyətdən dərs almışam və alıram. Uzun yaşa! Gözəl yaşa! Allah hər zaman sənin köməyin olsun!”.

Qeyd edək ki, S.Haqverdiyeva bir neçə ay öncə R.Əhmədzadədən boşandığını bildirmişdi.