Hamı onun aktrisaya dediyi sözlərdən danışırdı, açıqlama yaydı - VİDEO

Hamı onun aktrisaya dediyi sözlərdən danışırdı, açıqlama yaydı - VİDEO

Tanınmış aktrisa Ceyda Düvencinin aparıcısı olduğu proqramda 54 yaşlı həmkarı Nazan Kesala istehza etməsi sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Düvenci öz proqramında Kesala xitabən "inşallah ən azı 4 il bu serialda qalarsan və qapı-qapı gəzmək məcburiyyətində qalmazsan" sözlərini deyib. Nazan Kesal isə "onsuz da qapı-qapı gəzmirik. Allaha şükür, çəkilişlərdən maraqlı obrazlar, maraqlı rollar gəlir" cavabını verib.

Müzakirələrə səbəb olan fikirlərin ardından tənqid hədəfi olan 46 yaşlı C. Düvenci instaqram hesabında yayılan xəbərin konteksdən çıxarıldığını, əslində o cür sözlər demədiyini açıqlayıb: "İş qrafikim gərginliyi səbəbindən haqqımda yazılan əsassız rəyləri görməmişdim. Görəndə isə oxuduqlarıma inana bilmədim. Bütün verilişi izləməyən, əslində ixtisasca jurnalist olmayan, heç bir məlumatı olmadan fikir söylənlərin bu hərəkətlərinə daha səssiz qala bilməzdim. Sizin qınadığınız o sözlər mənim deyil, sosial şəbəkədə Nazana ünvanlanan aqressiv şərhlərdir".

Qeyd edək ki, Nazan Kesal hazırda "Yan oda" serialında oynayır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun