İllər sonra 10 milyona səhnəyə çıxdı

İllər sonra 10 milyona səhnəyə çıxdı

Dünyaca məşhur ulduz Castin Biber illər sonra səs-küylü qayıdış edib.

OLAY yazır ki, Castin “Koçella”da performans göstərib.

Səhnə şouları ilə gündəm olan ulduz həm də qazandığı pulla ilkə imza atıb.

Belə ki, o, festival səhnəsində çıxış üçün 10 milyon dollar alaraq bu səhnədə ən çox qazanan müğənni kimi tarixə keçib.

Castinin həyat yoldaşı Heyli Biber onu ön sıralardan izləyib.

Qeyd edək ki, “Koçella”da daha öncə Beyons 8 milyon, Ledi Qaqa 8 milyon, The Weeknd 8 milyon, Ariana Qrande 8 milyon, Bəd Banni 5 milyon, Herri Stayles 4 milyon, Travis Skott 4 milyon dollar qazanıb.