"Sen Çal Kapımı" serialının ulduzu, türkiyəli aktrisa Hande Erçel qeyri-adi görünüşdə fotosessiya etdirib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, şəkilləri "Instagram" hesabında paylaşıb.
Aktrisa xaki sarğılı top, aşağı bel şalvar və enli qəhvəyi kəmərlə poza verib. Şalvarın altından yaşıl "Miu Miu" markalı tumanının beli üzə çıxıb. Görünüşü boyunbağı, alçaqdaban sandalet və qəhvəyi dəri çanta ilə tamamlayıb. Onun saçları iri tellərlə tərtib edilib və yüngül makiyaj edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun