Damla boşanmasından danışdı: 17 yaşımda ailə qurdum, oğluma görə...

Damla boşanmasından danışdı: 17 yaşımda ailə qurdum, oğluma görə...

Müğənni Damla "Zaurla günaydın" verilişində şəxsi həyatından danışıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Damla keçmiş həyat yoldaşından boşanmasının səbəbini açıqlayıb:

"Mən 17 yaşımda ailə qurmuşdum, evlilik həyatım iki-üç il davam etdi. Amma rəsmi boşanmaq məsələsi gec oldu. Keçmiş həyat yoldaşımdan ayrılmağıma səbəb ailə daxili problemlər oldu. Oğluma görə keçmiş həyat yoldaşımla münasibətimiz var, onun atasıdır. Xaricə gedəndə sənədlərini birlikdə hazırladıq, yola saldıq. Əlbəttə, hər şeydə atası dəstək oldu. Keçmiş həyat yoldaşım ailə qurub, övladları var. Bəzən oğlum mənə şəkil atır ki, bacım-qardaşım var. Valideynlər arasında anlaşılmazlıq varsa, buna uşaq nə etsin?!".

Damla ikinci dəfə ailə qurmasından da danışıb: "Ailə qurmaq fikrim yoxdur. İnsan təkliyə öyrəşir və illər keçdikdən sonra qəbullanmağa başlayır. İki-üç ildən sonra oğlumu evləndirməyi düşünürəm. Ailə qursam rəsmi qaydada olmasını istəyirəm. Övladım olacaqsa, rəsmi nikahdan olsun".

Qeyd edək ki, Damla C.Əliyev adlı şəxslə ailəli olub. Həmin evlilikdən bir oğlu var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun