Aktyor Türkay Cəfərli 10 Mart Milli Teatr Günü ilə bağlı sosial mediada paylaşım edib.
OLAY yazır ki, onun qalmaqallı paylaşımı diqqət çəkib.
“Gününüz mübarək, ey səhnədə toz udub sonra toz kimi dəyərsiz bilinən, xərclənən Azərbaycanın gənc aktyorları. Və bir də rejissorun ağzından düşməyib ona qibtə edən, arxasında quyruq olan bəzi gənclər. Sizə hər gün 10 Martdır. O bəzi qocamanların da təbrikə ehtiyacı yoxdur. Çünki bəziləriniz elə zirvəsiniz ki, adam ora baxdıqca elə asfaltın üstündə qalmağı üstün tutur. Gözəl örnək olursunuz. 10 Mart sizindir. Rahat olun”, - deyə, Türkay yazıb.