"İndi ərinə vəfalı, təmiz qadınlar çox azdır" - Afaq Bəşirqızı

"İndi ərinə vəfalı, təmiz qadınlar çox azdır" - Afaq Bəşirqızı

"Eqologiya" qadının təmizliyi, kişlərin səliqəsidir. Onu yaradan nsanların özüdür. Əgər biz təmizkar olsaq, qara paltarı yuyub suyunda ağ paltar yumasaq "eqologiya" əladır. O, Söylüdür: hər şeydən, hər kəsdən fərqlənən təmiz obrazdı".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Zarafat bir yana" verilişində deyib.

Aktrisa məşhur "Bəxt üzüyü" filmindəi Söylü obrazından danışıb:

"Ərini dahi hesab edən, xoşbəxtlik qafiyyəsini tapa bilməyən, bununla da Söyülünü xoşbəxt edən. Çünki xoşbəxtliyə qafiyə tapılsa, Söylü və bir çox ailələr olmazdı. Xoşbəxtliyin qafiyəsi yaxşı deyil. O da özünü Moşunun arvadı sayırsa və onu dahi Füzuli, Nizami ilə bir tutursa, demək Söylü təmiz adamdır. Çünki indi ərinə bu qədər vəfalı, təmiz, sevgili qadınlar çox azdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun