Şəmkir rayonunda gənc musiqiçi qəfil vəfat edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Mahmudlu kənd sakini, 1988-ci il təvəllüdlü Muxtar Nizami oğlu Abdullayev fevralın 10-na keçən gecə ürəktutmadan dünyasını dəyişib.
Bildirilib ki, Şəmkirdə fəaliyyət göstərən musiqi ansamblının nağaraçısı olan Muxtar həmin gecə toydan evə gəlib və az sonra vəziyyəti ağırlaşıb. Təcili tibbi yardım çağırılsa da, M.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.
O da məlum olub ki, Muxtar Abdullayev 1 ay əvvəl - fevralın 9-da evlənibmiş. O, rayonun Xuluflu kəndindən olan Vətən müharibəsi şəhidi Şamxal Əjdərlinin bacısı ilə ailə həyatı qurubmuş.
Yaxınlarının bildirdiyinə görə, Muxtarın ürəyində problemin olması əvvəldən məlum imiş və həkimlər ona ailə həyatı qurmağı tövsiyə etməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun