Niyama qarşı 550 minlik dələduzluq - Maşınına həbs qoyuldu - VİDEO

Niyama qarşı 550 minlik dələduzluq - Maşınına həbs qoyuldu - VİDEO

Müğənni Niyam Salaminin qohumu ona qarşı dələduzluq edib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi "Günaydın, Azərbaycan!" verilişində deyib. 

Niyam bildirib ki, qohumu saxta sənəd hazırlayıb ona imza çəkdirərək, ondan 550 min manat almaq istəyib: 

"Bu yaxınlarda başıma iş gəldi. Adını çəkmirəm, qohumlarım eşitsin. Məktub gəldi ki, bir insan var, ona pul borclusunuz. Özü də 550 min manat. Balan var, adını çəkmirəm. Restoranla müqavilə bağlamışam. Götürüb həmin kağızın arasına kağız qoyub, saxta imza çəkdirib.
"Yazdıqlarıma cavabdehəm" yazılı kağıza qol çəkmişəm. Maşınıma da həbs qoyulmuşdu. Dövlətimə təşəkkür edirəm, yoluna qoyuldu. Çox ayıbdır, dövlət adamlarını da incidirsiniz. Dayısı ilə birlikdə mənə hədə-qorxu gəlirlər". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun