Oğulları ilə problem istirahətə mane olmur

Oğulları ilə problem istirahətə mane olmur

Viktoriya və Devid Bekhemlər Mayamidəki istirahətlərni paylaşıb.

OLAY yazır ki, dizayner sosial şəbəkələrində həyat yoldaşı ilə birlikdə sahil və palma ağacları mənzərəsi fonunda günəşləndikləri fotoları yayımlayıb. “Mayamidən öpüşlər” sözləri ilə paylaşımını şərh edib.

Cütlüyün bu səfəri ailə daxilində davam edən gərginlik fonunda baş tutub. Onların oğlu Bruklin Bekhem və onun həyat yoldaşı Nikola Peltz ilə münasibətlərdə problemlər yaşanır.

Məlumata görə, böyük oğullarının sosial şəbəkədə valideynlərini həddindən artıq nəzarət və ikiüzlülükdə ittiham etməsindən sonra Bekhemlər barışmaq üçün ilk addımı atmağa hazırdır və bunun üçün daim fürsət axtarırlar.