“Space” TV-dən çıxarılan Vado Korovinin başqa kanala transfer olacağı iddia edilir.
OLAY-ın əldə etdiyi məlumata görə, kulislərdə gəzən söhbətlər onun İctimai Televiziyaya rəhbər göndəriləcəyi ilə bağlıdır.
Qeyd edək ki, İTV-nin hazırkı rəhbəri Balakişi Qasımovun səlahiyyət müddəti mayda başa çatacaq. Bununla əlaqədar olaraq mayın sonuna kimi İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının iclası keçiriləcək. İclasın gündəliyinə yeni baş direktorun seçilməsi ilə bağlı məsələnin də daxil edilməsi gözlənilir.
Onu da bildirək ki, qüvvədə olan qanunvericiliyə görə baş direktor 4 il müddətinə seçilir və onun təkrar seçilmək hüququ mövcuddur. Balakişi Qasımov isə 2022-ci il mayın 24-də ikinci müddətə İTV-nin baş direktoru seçilib.


















