Xanəndə Rəvanə Qurbanova səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçi canlı efirdə şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.
Müğənni qayınanası ilə münasibətlərindən də danışaraq aralarındakı yaxınlığı xüsusi vurğulayıb:
" Mən də oğlum evlənəndə əvvəlcə öz adımın çəkilməsini istəyərəm. Qayınanamla münasibətimiz rəfiqə kimidir, özü də bunu təsdiqləyir, deyir ki, qızından daha çox mənə bağlıdır. İstəyərəm ki, mənim gəlinim də mənim kimi olsun. Səfərə gedəndə öz anama heç nə almasam da, qayınanamı birinci düşünürəm. Anam da deyir ki, mən sənə çata bilmirəm, qayınanan səninlə əl-ələ verib uşaqlara baxır".
Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında fərqli fikirlər səsləndirilib. Bəziləri onun yanaşmasını dəstəkləsə də, digərləri ailədaxili münasibətlərdə balansın qorunmasının vacibliyini vurğulayıblar.
Musa
Milli.Az
















