Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyevanın yubileyi münasibətilə Gənc Tamaşaçılar Teatrında "Gerçəkləşməyən arzular" adlı tədbir keçirilib. Gecədə aktrisa illərdir arzusunda olduğu 5 obrazı canlandırıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Allahverdiyevanı izləməyə gələnlər arasında qızı Məryəm də yer alıb. O, bir dəstə ağ qızılgüllə anasını təbrik edib.
Qeyd edək ki, N.Allahverdiyeva Uilyam Şeksprin "Romeo və Culyetta", "Hamlet", "Antoni və Kleopatra", Cəfər Cabbarlının "Sevil", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" tamaşalarından səhnələr canlandırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun