Stilist Anar Ağakişiyev türk məşhurları bəzədiyi qiymətlərdən danışıb.
OLAY yazır ki, stilist 1 gününü itirdiyinə görə məbləğin yuxarı olduğunu və yol xərclərinin də qarşılandığını bildirib və Bülent Ersoyla Demet Akalını hansı qiymətə bəzədiyini açıqlayıb.
“Mən heç bir sənətçi dostuma, yaxın dostuma - Röyadır, Səidə Sultandır, məbləğ demirəm. Amma onlar da öz tərəflərindən, mən demirəm, üçdən-beşdən “konvert”ə qoyub yollayırlar jest olaraq. O ki, qaldı xarici ulduzlara, pulsuz bəzəmirəm onları. Təyyarə biletim alınır, gün itirdiyimə görə buradakı məbləğdən üstün verilir. Əgər bir günlük işdirsə, 1500 1000 dollar arası olur”, - deyə, Anar söyləyib.