Builki "Dünya gözəli" gözəllik müsabiqəsinin qalibi məlum olub.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Çexiya təmsilçisi Kristina Pışkova finalı Mumbayda keçirilən müsabiqənin qalibi seçilib.
24 yaşlı model K. Pışkova 71-ci dəfə keçirilən müsabiqədə 115 ölkədən olan iştirakçılarla yarışıb.
Qeyd edək ki, model kimi çalışan Kristina hüquq və biznes idarəçiliyi üzrə təhsil alır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun