65 yaşlı müğənni Madonna dünya turu çərçivəsində konsertlərini verməkdə davam edir. Ancaq onun Los-Ancelesdəki konserti mahnıları ilə yox, ifaçının kobud davranışı ilə yadda qalıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müğənni konsert zamanı zalda fanatlarından birinin başqaları kimi ayaq üstə dayanmadığını görərək ona yaxınlaşıb və "Orada oturub nə edirsən? Niyə oturursan?", - deyə soruşub.
Ancaq ifaçı səhnənin kənarına yaxınlaşanda pərəstişkarının əlil arabasında əyləşdiyini görüb.
Bundan pərt olan ifaçı dərhal üzr istəyib və "Oh.., tamam. Buna görə üzr istəyirəm. Burada olmağınıza şadam", - deyib.
Həmin anın görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və təkcə "TikTok"da 2,4 milyon dəfə izlənilib. Madonnanın üzrxahlığına baxmayaraq, ifaçı mediada ciddi tənqid atəşinə tutulub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun