Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkələrdə yayılan feyk xəbərlərə münasibət bildirib.
OLAY yazır ki, o, hekayə bölməsində paylaşım edib.
“Panika və narahatlıq yaradan bu cür xəbərin sonunda boş bir xəbər olacağına ümid edirəm. İnsanların rahat həyatını pozmağa cəhd göstərənlər tez zamanda lazımı qurumlar tərəfindən ortaya çıxarılacaqlar. Hər birimizin diqqətli və ehtiyatlı olacağımıza inanıram. Allah yar və yardımçımız olsun”.
Ağayevanın münasibət bildirdiyi xəbərdə isə sosial şəbəkələrdə terror törədiləcəyi haqda şayiə yayanlarla bağlı rəsmi açıqlama yer alıb.